“Mənə görə Şuşa zəfər, Kəlbəcər müdriklik, Xocalı ədalət, Xankəndi isə suverenlik deməkdir”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Vüsalə Məmmədova 20 sentyabr – Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşımında vurğulayıb.
O, təəssüratını belə ifadə edib:
“Mənə görə Şuşa zəfər, Kəlbəcər müdriklik, Xocalı ədalət, Xankəndi isə suverenlik deməkdir. Könül istərdi ki, zəfər də, ədalət də müdrikliklə əldə edilsin. Amma bunun mümkünsüz olduğunu da bilirik…
Bütün ərazimizdə dalğalansın deyə, ömürləri ilə bayrağa dirək olub onu ucaldan, sülh üçün Vətən olan oğulların ruhuna salam olsun! Ruhları hər zaman şad olsun! Bu torpaqlarda bir də heç vaxt qan axmasın! Səmamız aydın, üzümüz gülər, könlümüz sevgi ilə dolu olsun!
Dövlət Suverenliyi Günümüz qutlu olsun”.
Nehru