OPEC neft hasilatının azaldılması barədə sazişin monitorinqi üzrə nazirlər görüşünün keçirilməsini təklif edib.
Yeniçağ.Az OilGas.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. Onun sözlərinə görə, təklif edilən görüşün mayın 24-də keçirilməsi gözlənilir:
“Görüşün OPEC iclası ərəfəsində mayın 24-də keçirilməsi təklif olunub. İndi hər kəs öz razılığını verməlidir. Prinsip etibarilə, bu tarix bizi qane edir, biz etiraz etmirik”.
Xatırladaq ki, ötən il dekabrın 10-da OPEC və kartelə daxil olmayan 11 ölkə neft hasilatının azaldılması barədə saziş imzalayıb. Mayın 25-də Vyanada sazişin müddətinin uzadılması müzakirə olunacaq.
Yeniçağ.Az