Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vyana sazişinin müddəti nə qədər uzadılacaq? – 18 ay variantı gündəmə gəldi

Neft hasilatının azaldılması barədə Vyana sazişinin müddəti 2018-ci ilin sonuna qədər uzadıla bilər.

Yenicag.Az  OilGas.az-a  istinadən xəbər verir ki, bu barədə Əlcəzairin energetika naziri Nurəddin Buterfa məlumat verib. OPEC və kartelə daxil olmayan ölkələrin sazişin müddətini uzatmaq üzrə hansı variantları nəzərdən keçirdiyinə dair suala cavab verən nazir sadəcə 9 ay deyil, 18 ay variantının da müzakirə olunduğunu bildirib. Lakin Butarfa saziş iştirakçıları tərəfindən başlıca müzakirə olunan ssenarinin müddətin 2018-ci ilin birinci rübünün sonuna qədər uzatmaq olduğunu açıqlayıb.

Xatırladaq ki, may ayının 25-də Vyanada neft hasilatının azaldılması barədə sazişin müddətinin uzadılması və sazişə yeni ölkələrin qoşulması məsələləri müzakirə olunacaq.

 

Yenicag.Az

www.yenicag.az

589
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100