Vyetnamda koronavirus infeksiyasından ilk ölüm faktı qeydə alınıb.
Yenicag.az xəbər verir kiə, ölüm faktı barədə Vyetnamın COVID-19-un yayılmasının qarşısının alınması və profilaktikası üzrə komitəsi məlumat verib.
Məlumatda bildirilib ki, Dananq şəhərində 70 yaşlı xəstə virusun ilk qurbanı olub. Ölkədə ilk ölüm faktı yoluxma baş verdikdən 3 ay sonra qeydə alınıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Dananq şəhərində infeksiyanın yeni ocağı qeydə alınıb. Vyetnamda pandemiya zamanı 509 nəfər, o cümlədən iyulun 25-dən 31-dək 93 nəfər koronavirusa yoluxub.