Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vyetnamda koronavirusun daha təhlükəli tipi yayıldı

Vyetnamın Dananq şəhərində və ətraf bölgələrdə koronavirusun daha təhlükəli tipinə yoluxma faktları aşkar edilib.

Yenicag.az-ın məlumatına görə, mütəxəssislər virusun bu tipini əvvəlkilərə nisbətən daha aqqresiv və təhlükəli hesab edir.

Hazırda xəstəxanalarda 4 bu cür xəstə müalicə olunur. Onlardan iki nəfəri süni nəfəs aparatına qoşulub.

Virusun daha sürətlə artdığı deyilir. Ekspertlər bu tip koronavirusun yaranmasının iki mümkün səbəbini müəyyən edib.

Onların fikrincə, bu virus qeyri-leqal miqrantların ölkəyə daxil olması ilə yayılıb, yaxud da Danaq şəhərində xəstəxana şəraitində mutasiyaya uğrayıb.

Qeyd edək ki, Vyetnamda bu günədək 423 nəfər koronavirusa yoluxub, onlardan 365 nəfəri sağalıb. Ölüm faktı isə qeydə alınmayıb./Trend/

www.yenicag.az

372