Məqsəd diqqəti ermənipərəst sektanın Azərbaycandakı kəşfiyyat fəaliyyətlərindən yayındırmaqdır
Bir neçə gündür ki, sosial şəbəkələrdə və mediada Adnan Oktarın azərbaycanlı “Canan”ı ilə “watchapp” söhbəti müzakirə mövzusudur. Sonuc etibarı ilə başından “qurama” olduğu anlaşılan bu məsələ ermənipərəst Adnan Oktar və azərbaycanlı “kedi və kedicikləri” üçün bir çıxış yolu oldu.
Adnan Oktarın ermənipərəst siyasəti, təşhirçi qadınlarla etdiyi “dini söhbətlər” bir kənara buraxılaraq, “watchapp” üzərindən təmizə çıxılması hədəflənməkdədir.
Yenicag.az-a daxil olan məlumatda bildirilir ki, “watchappda canan” söhbəti və bu gün mətbuata ötürülən “twitter” məsələsi Adnan Oktarın Azərbaycandakı nümayəndələri tərəfindən məqsədli şəkildə ötürülüb.
İlk baxışdan bu onların əleyhinə, hətta biabırçı kampaniya kimi görünsə də, neçə vaxtdan bəri bütün deyilənlər qarşısında susan Vəliyevlər ailəsinin nəfəs almadan bu məsələlər üzərindən özlərini təmizə çıxarmaları müşahidə olunmaqdadır.
Qeyd edək ki, təbliğatı aparan şəxsin əsas məqsədi hər zaman insanlara təsir edərək, öz məqsədinə xidmət etdirməkdir. Əgər öz məqsədinə xidmət edirsə, öz əleyhinə belə təbliğat aparılması çox görülmüş hadisədir. Öz əleyhinə aparılan təbliğatın əsas məqsədi əsasən unudulması və ya örtbasdır edilməsi istənilən əsas xəbərdən diqqəti yayındırmaqdır. Və ya elə bir yalan xəbər olmalıdır ki, o xəbəri təkzib etməklə, şəxs və ya qrup tamamən təmizlənsin.
Nəzərə alsaq ki, Adnan Oktar əsasən İsrail xüsusi xidmət orqanları ilə əlaqədə suçlanır, onun yəhudilərin dəyişməz təbliğat qaydalarından istifadəsi təəcübləndirici gəlməməlidir.
Adnan Oktar və “kedi və kedicikləri” bundan istifadə edərək, özlərinin suçsuz olduqlarını iddia etməkdə və guya iqtidarı dəstəklədikləri üçün bu “zülm”ə məruz qaldıqlarını bildirirlər.
Halbuki Adnan Oktar ermənipərəst olduğu üçün Azərbaycan mediası tərəfindən tənqid olunmuşdur. Bu şəxsin ermənipərəstliyi danılmazdır. Vaxtilə, arxasında “Böyük Ermənistan” xəritəsi ilə çıxış edən Adnan Oktar bu səhvinin fəsadlarını örtmək üçün Bakıdan 3 günlük jurnalist səfərləri təşkil edərək, özünü “təmizləməyə” cəhd göstərdi. Lakin bununla yanaşı gələn sifariş ilə erməniləri tərifləməkdən də geri durmadı.
“Watchappda canan” söhbəti və “twitter” söhbətinə etiraz edən Adnançılar Azərbaycan haqqında bilgisi “onlar ələvidir” səviyyəsində olan Adnan Oktarın rəsmi saytında yayılan bu məsələlərə niyə münasibət bildirmirlər? Yoxsa, Ərbəkan kimi şərəfli bir insanı Adnan Oktara dəyişən Vəliyevlər ailəsi “canım hocam” dedikləri şəxsin ermənipərəst fəaliyyətindən xəbərləri yoxdur? O zaman niyə bu ermənipərəstin fikirlərinin rayon-rayon, kəndbəkənd gəzərək, təbliğ olunmasına şərait yaradırlar? Nəyin qarşılığında erməni zülmünün izləri qalmayan rayonlarda bu ermənipərəst təbliğ olunur? Fakt olaraq, Ramiq Vəliyevin yaxın dostu Ramil Abbasovun rayonlarda çəkdirdiyi şəkilləri göstərsək, qane olarsınızmı? Adnan Oktarın Suriya məsələsində Azərbaycanın tərəddüd keçirdiyi sualına “müsəlman olan Əsədi dəstəklərmi?” cavabını haraya yazaq? Qaynağı qaranlıq, bəlkə də öz planınız olan iki arqument tapmısınız deyə, “Çarlinin mələklərimi” oldunuz?.. Madam fəaliyyətinizdə bir qanunsuzluq yox idi, A9az.tv televiziyasını nədən bağladınız? Adnan Oktarın Azərbaycanla Türkiyəni birləşdirmək nağılına yanındakı “kediləri” belə inanmadığı halda, universitet məzunu sizlər necə aldandınız? Həm də o nağılda “Erməni qardaşlarımızla birlikdə Turanı quracağıq” cümləsi varkən…
Hazır suallara cavab vermək asandır, cəsarətiniz varsa bu suallara cavab verin…
P.S. Bu barədə suallar A9az televiziyasının təsisçisi Ramiq Vəliyevə göndərilmişdir.