!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“WhatsApp” 50 min dollarlıq mükafatlar paylayacaq

!Reklam – Yazi

Populyar sosial şəbəkələrdən olan “WhatsApp” bu dəfə yeni funksiyaları ilə yox mükafatlandırma proqramı ilə istifadəçilərini təəccübləndirməyə hazırlaşır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 1,5 milyard nəfər aktiv istifadəçisi olan “WhatsApp” yanlış məlumatların yayılmasının qarşısını almaq üçün yeni mükafatlandırma proqramına start verib. Proqrama əsasən, dezinformasiyaların müəyyənləşdirilməsi və araşdırılması üçün istifadəçilər köməyə çağırılıb. Şirkət istifadəçiləri araşdırmalara dəstək verməyə təşviq etmək üçün külli miqdarda pul ayırıb. Bildirilib ki, hər bir layihəyə maksimum 50 min dollar pul mükafatı veriləcək.

Bu proqrama qoşulmaq üçün heç bir məhdudiyyət qoyulmayıb. Dünyanın müxtəlif ölkələrindən şirkətə daxil olan bütün müraciətlərə baxılacağı bildirilib.

www.yenicag.az

1789
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv