“Whatsapp”-a yeni funksiya gəldi

Whatsapp istifadəçilərinə yeni funksiya təqdim edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.

Yeniliyə əsasən, Vatsapda göndərdiyiniz mesaja 15 dəqiqə ərzində düzəliş edə biləcəksiniz. Mesajın üstündə “düzəliş edildi” yazılsa da, köhnə mesajı görmək mümkün olmayacaq.