Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"WhatsApp" bu telefonlarda işləməyəcək

2018-ci ilin əvvəlindən etibarən WhatsApp Messenger bir sıra smartfonlarda işləməyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “The İndependent” nəşri məlumat yayıb. Yanvarın 1-dən Windows Phone 8.0 əməliyyat sistemilə (eləcə də daha köhnə versiyalarda) çalışan mobil cihazlarda, BlackBerry OS və BlackBerry 10 smartfonlarında proqramdan istifadə etmək mümkünsüz olacaq.

Mesencer nümayəndələri bildiriblər ki, proqram istifadəyə verilərkən BlackBerry və Nokia smartfonları məşhur olub, lakin indi bu cihaz istifadəçiləri azlıq təşkil edir.

2018-ci ilin sonlarına doğru Nokia S40 üçün, 2020-ci ilin fevral ayından sonra isə 2.3.7 və daha köhnə versiyalı Android sistemləri üçün proqram xidmətini dayandıracaq.

Şirkət nümayəndələri bildiriblər ki, köhnə kimi müəyyən olunmuş əməliyyat sistemlərində bəzi funksiyalar başqa bir vaxt fəaliyyətini dayandıra bilərlər.

www.yenicag.az

6380
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS