Bu gün saat 12:00-dan etibarən “WhatsApp” proqramında problem yaranıb.
Yenicag.az xəbər verir ki, bu səbəbdən proqram istifadəçiləri yazışma apara bilməyiblər. Bununla bağlı sosial şəbəkələrdə də etirazdolu statuslar paylaşılıB.
İş burasındadır ki, “WhatsApp”ın zəng funksiyasından da istifadə etmək mümkün olmayıb.
Yaranan problem təxminən 1 saatdan sonra aradan qaldırılıb.
Qeyd edək ki, Azərbaycanla yanaşı, digər ölkələrdə də “WhatsApp” istifadəçiləri eyni problemlə üzləşiblər.