Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

WhatsApp-dan unikal yenilik

vVjq2j20sM9IŞirkət hələ gəlir axtarmır.

Yenicag azxeber-ə istinadən bildirir ki, WhatsApp-ın sərmayədarı “Sequoia Capital” şirkəti İsrailin “Rounds” şirkətinin mobil videoçatına 12 milyon dollar sərmayə yatırıb.

“Samsung Venture” şirkəti də bu texnologiyaya sərmayə yatırıb və bu, “Rounds” şirkətinə 22 milyon dollaradək fond kapitalını artırmağa imkan verəcək.

Fondun vəsaitləri şirkətin fəaliyyətinin genişləndirilməsinə, əsasən də ABŞ-da yeni işçilərin cəlb edilməsinə və texnologiyanın gələcək inkişafına yönəldiləcək.

“Mobil məlumatlar sahəsində biz aktivik və inanırıq ki, növbəti mərhələdə artıq söhbət ani videoçatlardan və interaktivlikdən gedəcək”, – deyə, “Sequoia Capital”ın tərəfdaşı Şmil Levi bildirib.

“Rounds” mobil proqramının 25 milyon istifadəçisi var və onlar oyun oynaya, videoya baxa və videosöhbətlər zamanı foto paylaşa bilərlər.

Şirkət hələ gəlir axtarmır və bu ilə onun əsas məqsədi platformanın yayılması və onun istifadəsinin genişləndirilməsidir. Artıq bundan sonra şirkət gəlirlərin artımını gözləyəcək.

www.yenicag.az

293