“WhtsApp” mesajlaşma xidmətində son zamanlar yenə də növbəti virus yayılıb.
Telefonlara “WhatsApp üzvlüyünüzü yeniləyin” şəklində gələn mesajlar bir çox insanı aldada bilib.
Əslində saxta olan bu mesajlar kredit kartınızın şifrəsini əldə etmək üçün qurulmuş tələdir. Mesajdakı əlaqə “Whatsapp.com” şəklində göstərilsə də, linkə toxunan kimi naməlum səhifələrə yönəldilir. Ardınca kredit kartınız haqda məlumatları yerləşdirə biləcəyiniz səhifə açılır.
Telefonlara gələn saxta mesajın mətni müxtəlif dillərdə belə ola bilər: “Diqqət! WhatsApp Messenger üzvlüyünüz bitməkdədir”.
Belə hallarda linkə toxunmadan mesajı silmək lazımdır!!!
Qeyd edək ki, “WhatsApp” xidmətinin mesaj göndərərək belə xəbərdarlıq etmək kimi bir xidməti yoxdur. Üzvlük haqda məlumatlarınızı öyrənmək və uzatmaq istəyirsinizsə, “WhatsApp”ın tənzimləmələrinə daxil olun.(Axşam)