Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

"Whatsapp" istifadəçilərinə BƏD XƏBƏR

Yenilənmədən sonra “Whatsapp” smartfonların enerjilərini sürətli şəkildə aşağı salır.

Yenicag.az xəbər verir ki, istifadəçilər bu barədə “Reddit”də və “Google Play”də qeyd ediblər.

Məlumata görə, “Whatsapp” tərtibatçıları messenceri yenilədikdən sonra istifadəçilərindən çoxlu sayda şikayətlər gəlməyə başlayıb.

Belə ki, messencerin 2.19.325 versiyasına kimi yenilənməsindən sonra tətbiq smartfonların enerjilərini sürətli şəkildə aşağı salmağa başlayıb.

Sözügedən problem ilə artıq Samsung, OnePlus, Xiaomi və Google smartfonlarının istifadəçiləri qarşılaşıblar. Bura həmçinin Galaxy S10e, Galaxy S9, Google Pixel 3, Pixel 4, OnePlus 6, Redmi Note 5 Pro və s. smartfon modelləri daxildirlər.

İstifadəçilərdən birinin sözlərinə əsasən onun smartfondakı məlumatına əsasən “Whatsapp”dan 1.5 saat istifadə olunub. Halbuki messencerdən sadəcə bir neçə dəqiqəlik istifadə olunmuşdu.

Digər bir smartfonda isə “Whatsapp” fon rejimində smartfon enerjsini 79%-dən 19%-ə endirib.

Digər istifadəçilərdə isə messencer smartfon enerjsinin 30%-ni sürətli şəkildə sərf edir. Bu hətta istifadəçinin sadəcə olaraq bir neçə mesaja cavab verməsi halında da baş verir.

Bu problemi aradan qaldırmaq üçün messenceri silib yenidən yazmaq və ya messencerin əvvəlki versiyası olan 2.19.291-ə geri dönüş etmək lazımdır.

www.yenicag.az

5301
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM