“WhatsApp” istifadəçilərinə bəd xəbər

“WhatsApp”ın bu yeniliyi istifadəçiləri xeyli əsəbiləşdirəcək.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən populyar mobil tətbiqlərindən olan “WhatsApp” istifadəçilərə təqdim etdiyi onlarla funksiyanın qarşılığında daha çox pul qazanmağı hədəfləyir. Belə ki, “Facebook”un tərkibində olan sosial şəbəkə reklam təkliflərinə açıq olacaq. Yəni artıq “WhatsApp”da yazışarkən tez-tez ekrana çıxacaq reklamlar sözün əsl mənasında əsəbləri tarıma çəkəcək.

Qeyd edək ki, “WhatsApp”ın reklam qəbul etməsi istifadəçilərin sayına ciddi təsir göstərə bilər. Buna görə də, şirkət ilkin mərhələdə yeniliyi sınaqdan keçirdikdən sonra tətbiq edəcək.