“Whatsapp” istifadəçilərinə xoş xəbər – Daha bir yenilik edildi

Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan “WhatsApp” qrup çatlarındakı istifadəçi sayını artırıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, çatda üzv sayı 1024 nəfərə qədər yüksəldilib.

Bu funksiya hazırda “Android” və “iOS” əməliyyat sistemlərinin beta versiyasında əlçatandır.

Qeyd edək ki, bir müddət əvvəl qrup çatlarındakı istifadəçi sayını 512 nəfərə çatdırılmışdı.