“Whatsapp” istifadəçilərinə xoş xəbər – İki möhtəşəm YENİLİK

Dünyanın ən populyar mobil tətbiqi olan “WhatsApp” daha iki yeni funksiyasını təqdim etməyə hazırlaşır.

Yenicag.az xəbər verir ki, yenilik videozənglərdə və fayl göndərilməsində tətbiq olunacaq.

Belə ki, ediləcək yenilik sayəsində artıq 32 nəfərlə limitsiz “videocall” etmək mümkün olacaq.

İstifadəçiləri süvindirən digər yenilik isə artıq böyük ölçülü – 2 GB-ə qədər olan faylları da  tətbiq vasitəsilə göndərə biləcəklər.