!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“WhatsApp” pullu olacaq?

!Reklam – Yazi

331390_465414“WhatsApp” mobil mesaj xidmətinin rəhbərliyi istifadəçilərə müraciət edib.

Rəhbərlik bu platformadan heç vaxt reklam məqsədilə istifadə olunmayacağını bəyan edərək istifadəçiləri bu tip mesajlara inanmamağa çağırıb.”WhatsApp” nümayəndəsi son günlər platformanın pullu olacağı haqda yayılan söz-söhbətlərin və “bu mesajı “WhatsApp” istifadəçisi olan 10 dostunuza göndərsəniz, “WhatsApp”dan 5 il pulsuz istifadə hüququ qazanacaqsınız” şəklində mesajların doğru olmadığını bildirib.

O, həmin mesajların şirkətdən göndərilmədiyini deyib: “Şirkət olaraq “WhatsApp”dan istifadəçilərimizə toplu mesaj, bülleten və ya reklam göndərmək üçün qətiyyən istifadə etməyəcəyik. Belə mesajları diqqətə almayın və onları dostlarınızla paylaşmayın”.Bununla yanaşı, şirkət təmsilçisi “illik xidmət üzvlüyü” modeli üzərində çalışdıqlarını da söyləyib: “Pulsuz sınaq müddəti sona yetdikdən sonra bir illik abunə haqqı 0,99 dollar olacaq”(faktxəbər).

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv