WhatsApp-ın yaradıcılarından biri olan Brian Acton ilk dəfə olaraq messencerin gəlir gətirməsi məsələlərində Mark Zuckerberg-in təzyiqlərindən danışdı. Onun sözlərinə görə şirkət istifadəçi məlumatlarından analitika və reklamlar üçün istifadə etmək istəyir. Lakin bu yolda ona messencerin şifrələmə sistemi mane olur. Bütün bunlar barədə Acton, Forbes ilə müsahibəsində danışıb. Onun dediyinə görə məhz bu məsələlərdə olmuş fikir ayrılığı səbəbindən o, şirkətdən ayrılmalı oldu. O bildirib ki, Mark Zuckerberg və Facebook şirkətinin əməliyyatlar üzrə direktoru Sheryl Sandberg messencerin gəlir gətirməsi məsələlərində təzyiqlər göstərirdilər.
Acton, Facebook şirkətindən 2017-ci ilin Sentyabr ayında ayrıldı. Acton öz müsahibəsində bildirib ki, o, Facebook şirkətinin onun hazırladığı şifrələmə sisteminə şübhə ilə yanaşdığı bir vaxtda şirkətdən ayrılmaq qərarını verib. Belə ki, həmin şifrələmə sistemi messencerin gəlir gətirməsində mane ola bilərdi. Acton-un sözlərinə görə Facebook, müştərilər ilə effektiv ünsiyyət yaratmaqda və WhatsApp istifadəçilərinin məlumatlarından analitika ilə rekam targetingində istifadə edilməsi üçün biznes üsulların yaradılmasında maraqlıdır.
O həmçinin bildirib ki, şirkətdə çalışan zaman Facebook menecerləri şifrələmə mühitini qorumaqla müştəri-şirkətlərə messencer auditoriyası üzrə analitikanı təqdim etmək məsələlərində ona müraciət edirdilər. Brian isə messencerin gəlir gətirməsi məsələsində başqa bir təklif etmişdi. O təklif etmişdi ki, istifadəçilər pulsuz mesajlar limitini sərf edəndən sonra şirkət onlardan abunə haqqı ala bilər. Qeyd etmək lazımdır ki, messencerdən dünya üzrə 1.5 milyarddan çox insan istifadə edir.
Acton, Facebook rəhbərliyini bu cür üsulun sadə biznes olduğuna inandırmağa çalışırdı. Lakin Sandberg bu təklifi rədd etdi. Belə ki. Onun sözlərinə əsasən bu cür sxemi irimiqyaslı etmək olmayacaqdı. Qeyd etmək lazımdır ki, Facebook 2014-cü ildə WhatsApp-ı 19 milyard dollara almışdı. Bu ilin May ayında isə messencerin ikinci yaradıcısı və CEO-su olmuş Jan Koum da Facebook şirkətindən ayrıldığını elan etmişdi. Lakin Koum, Facebook rəhbərliyi ilə münaqişə barəsində heç bir məlumat verməmişdi./technote/