“WhatsApp”da daha bir yenilik

“WhatsApp” sosial tətbiqinin yaradıcıları “push-to-talk” səsli mesaj funksiyasına ciddi dəyişiklik etməyə hazırlaşır.

Yenicag.az xəbər verir ki, adıçəkilən sosial şəbəkə səsli mesaj funksiyasını 2013-cü ildə istifadəyə verib.

Dəyişiklikdən sonra səsli mesaj yazmağa başlayan kimi “WhatsApp” mikrofon düyməsinin əvəzinə yeni üzə çıxan interfeys görünəcək. İstifadəçi təxminən yarım saniyə sonra fasiləsiz səsyazma rejiminə keçə biləcək və barmağı düymənin üzərində saxlamağa ehtiyac qalmayacaq. Həmçinin birbaşa səsyazma zamanı əvvəlki mesajlara baxmaq imkanı olacaq.

Lakin yeni rejimdə məhdudiyyətlər də nəzərdə tutulur. Fasiləsiz səsyazma rejimində şəkillərə baxmaq və ya videolar izləmək, bundan başqa, səsyazma zamanı mesaj çap etmək və başqa çatlara keçmək mümkün olmayacaq. Əks halda səs yazısı avtomatik silinəcək.

COP29