Son günlər Azərbaycanda “WhatsApp” hesablarının ələ keçirilməsi ilə bağlı vətəndaşlar sosial şəbəkələrdə postlar paylaşırlar. Onlar, xüsusən də xarici nömrələrdən mesajlar gəldikdən sonra hesablarına bir daha daxil ola bilmədiklərini bildirirlər.
İstifadəçilər “WhatsApp” hesabalarının ələ keçirilməməsi üçün nələrə diqqət etməlidirlər?
Məsələ ilə bağlı İKT üzrə ekspert Elvin Abbasov Yenicag.az-a açıqlamasında “WhatsApp”istifadəçilərinin xəbəri olmadan onların hesablarının oğurlanmasının qeyri-mümkün olduğunu deyib.
O, “WhatsApp” istifadəçisinin nömrəsinə gələn kodun qarşı tərəfə verildiyi təqdirdə hesabın oğurlanmasının mümkünlüyünü bildirib:
“WhatsApp” hesablarının oğurlanması o qədər də aktual məsələ deyil. Hesabın oğurlanması ancaq insan faktoruna söykənir və onu texnoloji cəhətdən oğurlamaq olmur. Yəni istifadəçinin hesabı ancaq ona gələn kodu geri göndərdikə oğurlana bilər. Əks halda “WhatsApp” hesablarını oğurlamaq qeyri-mümkündür. Nömrəniz hələ də özünüzdədirsə, oğurlanmış hesabınızı bərpa edə bilərsiniz. Yəni bu qəliz bir prosedur deyil. Adi istifadəçi səviyyəsində həll olunan bir məsələdir”.
Sadiq Cavadov