“WhatsApp”da ciddi boşluq aşkarlandı

“WhatsApp” messencerində xoşagəlməz boşluq aşkar edilib. Hətta blokladığınız istifadəçilər sizin statusunuza baxa bilərlər. Bu, kontakt siyahısında olmayan nömrələr üçün də keçərlidir.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, istifadəçilər bir-birinin statusuna baxmaq üçün həmsöhbətin nömrəsini öz smartfonunda saxlamalıdır. Ancaq hazırda həmsöhbətin nömrəsini öz telefonunda saxlayıb-saxlamadığından asılı olmayaraq istənilən şəxs statusa baxa bilər.

“WhatsApp” hələ ki bu problemlə bağlı şərh verməyib.