“WhatsApp” sosial şəbəkəsi yeni funksiyasını istifadəyə verib.
Yenicag.az xəbər verir ki, populyar şəbəkənin bu yeniliyi qısa müddət ərzində çoxlu mesaj yazan istifadəçilərin əhvalını pozacaq. Belə ki, artıq bir nəfərdən 50-dən çox mesaj gəldikdə, bildirişlər avtomatik olaraq səssiz rejimə düşəcək.
Hazırda bu funksiya sadəcə Beta 2.18.216 versiyasında aktivləşdirilib. Funksiyadan istifadə etmək üçün “Play Store”a girərək tətbiqi yeniləyə bilərsiniz.