“Whatsapp”da inqilabi yenilik: Səslər sözə çevriləcək – Foto

Android istifadəçiləri üçün “Whatsapp”a daha bir funksiya əlavə olunub.

Yenicag.az xəbər verir ki, bu barədə “VABetaİnfo” məlumat yayıb.

Məlumata görə, yeni funksiya sayəsində “Whatsapp”a göndərilən səsli mesajları mətnə çevirmək mümkün olacaq.

Bu funksiya ən son beta versiyası 2.24.15.5-ə əlavə edilib və hazırda yalnız məhdud sayda istifadəçi üçün əlçatandır. Yaxın gələcəkdə bu faydalı xüsusiyyət “Whatsapp”ın bütün versiyasında aktiv olacaq.
COP29