“Whatsapp”da mühüm yenilik – Barmaq izi ilə giriş

“Whatsapp” tərtibatçıları messencerə təhlükəsiz autentifikasiya funksiyasını əlavə ediblər.

Yenicag.az xəbər verir ki, tətbiqə daxil olmaq istəyən zaman barmaq izi skanı texnologiyasından istifadə ediləcək.

Qeyd edək ki, bu ilin əvvəlində sözügedən funksiya tətbiqin iOS versiyasında ortaya çıxmışdı. İndi isə növbə gəlib Android versiyaya çatıb.

Barmaq izi skanı texnologiyası vasitəsilə identifikasiya üsulunu aktivləşdirmək üçün sadəcə olaraq messencerin ayarlarına daxil olmaq lazımdır. Daha sonra “Account” bölməsinə keçid edərək “Privacy” hissəsinə daxil olmaq lazımdır. Siyahının sonunda “Unlock with Fingerprint” funksiyası olacaq.