“WhatsApp”da telefonu donduran mesaj yayılır – Ehtiyatlı olun!

“WhatsApp” messencerinin istifadəçiləri smartfonların işində nasazlığa səbəb olan zərərverici mesajlar aşkar ediblər.

”Əgər sən növbəti xəbəri bassan, “WhatsApp” bir müddət donacaq”, – zərərverici göndərilmədə bildirilir.

Sonra bir neçə boşluq və ardınca isə, “bura basma” düyməsi gəlir. İstifadəçilər növbəti – guya viruslu xəbəri açmasınlar deyə, “bura basma” düyməsinə deyil, məhz, boşluqlara basırlar. Bütün fırıldaq da burdadır: boşluqların yerində isə, əslində zərərli simvollar gizlədilib. Virus telefonun işində nasazlığa səbəb olur.

Zaur H.

COP29