“WhatsApp”da videozəng dövrü başlayır – Yenilik

whatsapp-lumia-650“WhatsApp” messenceri “Android”lə işləyən qurğularda videozəng funksiyasını aktivləşdirib.

Bunun üçün “WhatsApp” messencerinin ən son beta versiyasını (2.16.318) yükləmək lazımdır.

Eyni zamanda danışıq zamanı səsi alaraq smartfonun arxa və ön kameraları arasında keçid etmək olar.

Qeyd edək ki, “WhatsApp” dünyada ən populyar mobil proqramlardan biridir və auditoriyası 1 milyardı ötür.(azvision)