“WhatsApp”da yeni funksiya “feyk” mesajların yayılmasının qarşısını alacaq

Bir neçə dəfə göndərilmiş mesaj qruplarda göstərilməyəcək. Bu, “feyk” mesajların yayılmasını çətinləşdirəcək.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, sözügedən funksiya proqramın beta-versiyasında aşkar edilib.

Tərtibatçılar bu yolla “feyk” mesajların yayılması ilə mübarizə aparır. Əlbəttə, hakerlər mətni köçürərək müxtəlif qrup və müxtəlif insanlara göndərə bilərlər, amma bu, məsələni çətinləşdirəcək.