“WhatsApp”da yenilik

244123Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan “WhatsApp” faylların göndərilməsində yenilik etməyə hazırlaşır.

Türkiyə mətbuatının yazdığına görə, bir neçə ay əvvəl fayl ötürülməsinə icazə verən “WhatsApp” ilə PDF formatı ilə yanaşı, artıq zip fayllarını da göndərmək mümkün olacaq. İddialara görə, qısa zamanda səsli mesajları yaddaşda saxlamaq və ötürmək kimi funksiyalar da əlavə ediləcək.

Qeyd edək ki, yenilik qısa müddət ərzində İOS və Android platformalı telefonlar üçün təqdim olunacaq.(milli.az)