“WhatsApp” messencerində yeni funksiya tətbiq edilib.
Yenicag.az ICTnews-a istinadən xəbər verir ki, “WhatsApp” messencerində tətbiq ediləcək yeni funksiya qrup çatlarına istifadəçiləri əlavə etmək hüququna malik şəxslərin siyahısını məhdudlaşdırmağa imkan verir.
İndi messencer istifadəçisi onu müzakirələrə dəvət edəcək şəxsi seçmək imkanı əldə edəcək: bütün istifadəçilər, yalnız qeyd kitabçasındakı insanlar və yaxud heç kim. Bundan başqa bəzi hesabları qara siyahıya daxil etmək də artıq mümkündür.
Yeni funksiya messencerin “iOS” üçün 2.19.110.20 və “Android” üçün 2.19.298 beta versiyalarında əlçatandır.
Funksiyaya giriş üçün “WhatsApp” messencerində sazlamalara daxil olmaq, hesabın idarəetməsinə keçmək, “təhlükəsizlik” bölməsini seçmək lazımdır.