“Whatsapp”dan daha bir yenilik

“WhatsApp” messencerində yeni funksiya əlavə olunub.

Yenicag.az xəbər verir ki, messencerin istifadəçiləri artıq “Telegram”da olduğu kimi, kanallar yarada biləcəklər.

Yeni rejimin köməyi ilə çatlarda administratorlardan başqa hamı üçün mesaj göndərilməsi imkanlarını məhdudlaşdırmaq funksiyası yaranacaq.