WhatsApp”dan daha bir yenilik – “Boomerang” sürət gəlir

Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp” tətbiq edəcəyi növbəti yeniliklə istifadəçilərini sevindirəcək.

Redaktor.az xarici mediaya istinadən bildirir ki, proqrama İnstaqramın ən sevilən özəlliyi olan “Boomerang” əlavə olunacaq. Nəticədə istifadəçilər çəkdikləri qısa videolara “Boomerang”la sürət verə biləcəklər.

Yenilik təqribən 7 saniyəlik videolarda istifadə olunacaq. Hazırlanan videolar həm göndəriləcək, həm də proqramın “Hekayə” hissəsində paylaşıla biləcək.

Hazırda sınaq mərhələsində olan yenilik əvvəl “iOS”, daha sonra isə “Android” istifadəçilərinin ixtiyarına veriləcək. Yeniliyin nə vaxt istifadəyə veriləcəyi hələ ki məlum deyil.