“Whatsapp” yeniləndi. Yenicag.az xəbər verir ki, yeni güncəlləmə ilə xeyli özəlliklər əlavə edildi.
800 milyon aktiv istifadəçisinə danışıq imkanı da verən “Whatsapp” dünən aşağıdakı dəyişikliklərə imza atdı:
– Artıq zəng edərkən və ya səs göndərərkən səs keyfiyyətini özünüz həll edə biləcəksiniz. Səs keyfiyyətini aşağı salaraq kvota istifadəsini azalda bilər, yüksək internet xərcindən xilas ola bilərsiniz.
– “Whatsapp”da “backup” edərkən artıq mesaj və fotoşəkillərlə yanaşı video görüntüləri də
yedəkləyə biləcəksiniz.
Hələlik sadəcə İPHONE üçün nəzərdə tutulan bu yeniliklər qısa zaman sonra bütün “Whatsapp” istifadəçiləri üçün nəzərdə tutulacaq.