“WhatsApp”dan mühüm yenilik – video olacaq

66258_tpt4yjjrw3“WhatsApp” messenceri səsli danışıq funksiyasının tətbiqindən sonra daha bir mühüm yeniliyə hazırlaşır.

İKT.lent.az-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, yaxın vaxtlarda “WhatsApp”da görüntülü söhbət etmək mümkün olacaq. Bu barədə Almaniyanın “Macerkopf” saytı xəbər yayıb. Sayt videodanışıq funksiyasına aid ilk fotoları da paylaşıb.

Xatırladaq ki, “WhatsApp” 2014-cü ildə 22 milyard dollara “Facebook” tərəfindən satın alınıb.