“WhatsApp”dan növbəti yenilik

whatsapp-mavi-tk-logo“WhatsApp Messenger”də artıq fayl göndərmək mümkün olacaq.

“WhatsApp Messenger”in son versiyasında sənədlərin göndərilməsi funksiyası istifadəyə verilib. İstifadəçilər hələ ki, yalnız PDF formatında fayl göndərmək imkanına malikdirlər.

Belə ki, “WhatsApp Messenger”in “Android” versiyasında PDF sənədini göndərmək üçün danışıq bölməsində müəyyən funksiyanı yerinə yetirdikdən sonra ekranda 6 düyməli menyu görünəcək. “iPhone” smartfonunda isə menyunu tapdıqdan sonra mətnin daxil edilməsi sahəsində “Sənədlə bölüşmək” bölməsini seçmək lazımdır.