“WhatsApp”dan yeni qaydaları qəbul etməyənlərə XƏBƏRDARLIQ

“WhatsApp” yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqin funksiyalarını məhdudlaşdıracaq.

Yenicag.az “qazeta.ru”ya istinadla xəbər verir ki, 15 may tarixinədək istifadəçilər bu qaydaları qəbul etməyə bilər. Qeyd edilən tarixdən sonra isə votsap tətbiqdən mesajları oxuma və göndərmə funksiyalarını məhdudlaşdıracaq. Bundan əlavə, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin qeydiyyat hesabını silə bilər.

Xatırladaq ki, “WhatsApp” fərdi məlumatların “Facebook”a ötürülməsinə dair bir bənd əlavə edərək istifadəçi müqaviləsini yeniləyib və bu da messencer istifadəçilərinin tənqidinə səbəb olub.