“WhatsApp”ı kompüterdə işlədənlər üçün TƏHLÜKƏ

“WhatsApp” messencerinin masaüstü kompüterlərdən yazışmağa imkan verən kliyentində ciddi boşluq aşkar edilib.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, sözügedən boşluğun həm “Windows”, həm də “macOs” üçün kliyentlərdə mövcud olduğu məlum olub.

Cinayətkarlar mesajlara “JavaScript” kodu yerləşdirməklə kompüterdəki fayllara uzaq məsafədən müdaxilə edə, mesajların mətnini dəyişdirə və ya zərərli proqram təminatı quraşdırmaq imkanına malik olublar.

Bu vəziyyət proqram tərtibatçılarının “Chromium” mühərrikinin köhnə versiyasından istifadə etməsi ilə izah edilib.