Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Whatsapp"ın iOS versiyasına gələn 3 YENİLİK - FOTO

“Whatsapp” Beta versiyasında aktiv olan bəzi yenilikləri artıq yavaş-yavaş stabil versiyaya inteqrasiya etməyə başlayıb. Uzun test mərhələlərindən sonra əgər müsbət geri dönüşlər əldə edilərsə bu funksiyalar stabil hala keçirilir və bütün istifadəçilərə təqdim edilir.

“Whatsapp”ın iOS versiyasına 2.19.120 yenilənməsi gəlib və 3 yeni funksiya istifadəyə verilib.

Mobil cihazlarda olan “Zəng Gözlətmə” funksiyası artıq “Whatsapp”da mövcuddur. Yəni “Whatsapp” ilə kimləsə danışarkən başqa biri “Whatsapp” üzərindən sizə zəng edərsə hal-hazırda danışdığınız şəxsi gözlədib digər zəngi aça biləcəksiniz.

Digər bir yenilik istifadəçilərin mesajlara daha sürətli baxa bilməsi üçün mesaj ekranının daha da optimallaşdırılmasıdır.

3-cü yenilik isə artıq sizi kimlərin “Whatsapp” qruplarına əlavə edə biləcəyini seçə biləcəksiniz. Bunun üçün Ayarlar>Hesab>Təhlükəsizlik>Qruplar menyusuna daxil olmağınız kifayətdir.

Qeyd edək ki, bu funksiyaları istifadə edə bilmək üçün “Whatsapp”ın son versiyasını yükləməlisiniz.

www.yenicag.az

1553
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100