!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“WhatsApp”la videolar yaydı, məhkəməlik oldu

!Reklam – Yazi

Qazaxıstanın Semey şəhərinin sakini zorakılıq, qanlı və dəhşətli cinayət səhnələri ilə dolu videoları insanlar arasında yaymasına peşman olub.

Yenicag.az xəbər verir ki, o, bu görüntüləri “WhatsApp” vasitəsilə yayıb. 24 videonu 260 adam izləyib. Lakin onlardan biri bununla bağlı polisə şikayət edib. Məhz bundan sonra araşdırmaya başlayan yerli hüquq-mühafizə orqanları videoları yayan şəxsin izinə düşüb.

37 yaşlı adı açıqlanmayan həmin şəxs buna görə həbs cəzası almağa yaxın olsa da, ailəli və iki uşağının olması onu bundan xilas edib. Əvəzində məhkəmə onun haqda 100 günlük ictimai işlərdə çalışmaq qərarı çıxarıb.

Məhkum edilmiş şəxs öz günahını qəbul etdiyini açıqlayıb və tövbə edib.

www.yenicag.az

8202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv