Bu gün “Bakcell” MMC-nin Şəkidə media nümayəndələri üçün təlimi başlayıb.
Yenicag.az xəbər verir ki, “Marxal” hoteldə 4 gün davam edəcək təlim çərçivəsində media nümayəndələrinə telekammunikasiya, dünyada baş vermiş ən son innovativ yenilikər, o cümlədən “Bakcell” mobil yenilikləri barədə məlumatlar veriləcək.
Təlimin ilk günündə “Bakcell” şirkətinin Məhsulların idarə edilməsi departamentinin rəhbəri Cəlil Xəlilov “Mobil telekommunikasiyaya giriş” mövzusunda çıxış edib.
Cəlil Xəlilov internet istifadəçiləri barəsində bunları deyib:
“Hazırda dünya əhalisinin sayı 7,593 mlrd. nəfərdir. Bunun 53%-i və yaxud 4,021 mlrd. nəfəri internet istifadəçisidir. Aktiv sosial media istifadəçilərin sayı 3,196 mlrd. nəfər (42%), aktiv mobil sosial şəbəkə istifadəçilərinin sayı 2,958 mlrd.(39%) nəfərdir. Dünya əhalisinin 68%-i və yaxud 5,135 mlrd. nəfəri mobil telefon istifadəçisidir. Azərbaycanda isə əhalinin 78%-nin internetə çıxışı var. Onların 56%-i ev şəraitindəki internetdən, 55%-i mobil internetdən istifadə edir. Cəmi 21%-i isə ictimai WiFi–dan istifadə edir. Hazırda mobil telefon istifadəçilərinin yarısından çoxu mobil internetdən yararlanır. İnsanlar arasında mobil əlavələrdən istifadə vərdişi artmaqdadır. Mobil internetə maraq və asılılıq olduqca güclüdür”.
Bakcell şirkətinin Məhsulların idarə edilməsi departamentinin rəhbəri “Bakcell”in bir neçə ay öncə təqdim etdiyi “wi-fi router” cihazının özəlliklərindən danışıb və jurnalistlərin suallarını cavablandırıb.
Bundan başqa, C.Xəlilov bildirib ki, “Bakcell”in araşdırmasına görə, Azərbaycanda internetdən aylıq istifadənin həcmi orta hesabla 60GB-dır.
Təlimçi daha sonra internetdəki video platformalar, günümüzdə bu platformaların yeri və rolu, o cümlədən onlardan istifadə imkanları haqda geniş söz açıb.
Təlimin ikinci hissəsində “Bakcell”in Əlavə dəyər xidmətləri üzrə şöbə rəhbəri Fərəh Allahverdiyeva çıxış edib. O, “Mobil maliyyə xidmətləri” mövzusunda iştirakçıları məlumatlandırıb. Mövzu çərçivəsində hansı istifadəçilərin mobil maliyyə xidmətlərindən istifadə edə biləcəyindən və əsas hədəf auditoriyadan bəhs edib.
Təlimçi qeyd edib ki, bu xidmətdən əsasən bank kartı olmayanlar, ümumilikdə isə hər kəs istifadə edə bilər.
Mobil maliyyə həm də elektron pul kisəsidir. Yəni, əgər bank kartınızda məbləğ yoxdursa, bu, sizin üçün elektron pul kisəsi rolunu oynaya bilər. Belə ki, siz elektron pul kisəsi vasitəsilə aşağıdakı xismətlərdən istifadə edə bilərsiniz:
* Hesabın istənilən valyutada saxlanılması
* Hesabın əməliyyat tarixçəsi
* Hesaba pul keçirilmə və çıxarılması
* Mobil telefon hesabının ödənişləri
* Müxtəlif ödənişlər:TV/İnternet, transport/taxi, əyləncə (biletlər, ödənişli kontentlər, oyun və s.), kommunal ödənişlər, sosial şəbəkə, onlayn alış-veriş və s.
* QR code vasitəsilə ödənişlər
* NFC vasitəsilə ödənişlər
* Elektron kisəsinə aid kart
* Elektron pul köçürmələri (elektron pul kisəsindən elektron pul kisəsinə, elektron pul kisəsindən bank hesabına)
* Loyallıq proqramı
Qeyd edək ki, “Bakcell”in sözügedən xidməti yaxın gələcəkdə istifadəçilərə təqdim olunacaq.