!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Wi-Fi"sız qalan avtobuslar, xəstəxanalar, universitetlər - Azərbaycanda internet PROBLEMİ nəyə görə həll edilmir?

!Reklam – Yazi

Müasir dövrümüzü internetsiz təsəvvür etmək mümkün deyil. Artıq, hər yerdə internetdən istifadə zəruriyyət halına gəlib.

Lakin “Wi-Fi” şəbəkəsinin olduğu deyilən avtobuslarda, xəstəxanalarda və yaxud da universitetlərdə internetdən istifadə etmək mümkün deyil. Belə ki, ya ümumiyyətlə qoşulmaq olmur, ya da yalnız işçi heyətinin istifadə edə biləcəyi deyilir.

Bu məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən İKT eksperti Elvin Abbasov bildirib ki, “Baku Bus”larda internet olmamasının səbəbi stratejik bir qərardır:

“Bizə göstərilən sadəcə modemin dalğasıdır. Amma internet qoşulu olmadığı üçün bu yalnız modemdə olan ünsiyyəti yaradır. Əgər “Baku Bus” şirkəti gələcəkdə sərnişinləri internetlə təmin etmək istəsə, həmin modemlərdən istifadə edəcək. Bunun texnoloji bir tərəfi yoxdur, şirkətin strategiyası belədir. Xarici ölkələrdə sözügedən modemlər səyahət edən şəxslərin internetdən istifadəsi üçün nəzərdə tutulub. Azərbaycana da eyni modemdən gətirilib, lakin internet aktiv deyil”.

O, fikirlərinə əlavə edib ki, xəstəxanalarda, universitetlərdə və ya digər obyektlərdə internet məhdud şəkildə istifadə olunur:

“Hər internet şəbəkəsinin müəyyən bir limiti var. Məsələn, “Youtube” platformasında hər hansısa videonu izləmək 1 meqabitdir. Əgər, bir obyekt 50 meqabitlik internet alıbsa, nəzərdə tutulan limit qədər istifadə olunmalıdır. Əks halda, sürət çox zəif olacaq”.

Elvin Abbasov Azərbaycandakı internetin ümumi vəziyyətinə də aydınlıq gətirib:

“Vətəndaşlar məlumatlı olmalıdır ki, hal-hazırda istifadə etdiyimiz texnologiya hansı sürəti tələb edir? Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib ki, 2024-cü ilə qədər Azərbaycanın ən ucqar rayon və kəndləri belə fiber optik internetlə təmin olunacaq. Günümüzdə ən aşağı internet sürətinin 25 meqabitdən başlamasına baxmayaraq, Azərbaycanda hələ də 15 meqabitlik paketlər satılır. Sürətli internet istəyiriksə, limiti nəzərə almalıyıq”.

Qeyd edək ki, Böyük Britaniyanın “Cable” şirkəti ölkələrin ortalama internet sürətini araşdırıb. Şirkətin hesabatında bildirilib ki, Azərbaycan internet sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir.

Şahanə Paşa

www.yenicag.az

700
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv