Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Wikileaks-in 7 illik həbsdən çıxan xanım informatoru yenə tutuldu

ABŞ hərbi kəşfiyyatının sabiq xəfiyyəsindən özünə qarşı ifadə verməyi tələb edirlər. 

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, sabiq xəfiyyə, Wikileaks-də yayımlanan məxfi materialların sızdırılmasında ittiham olunaraq, 7 il həbs cəzası çəkmiş Çelsi Menninq azadlığa çıxdıqdan qısa müddət sonra yenidən həbs edilib.

Məlumata görə, Menninq Wikileaks-ə qarşı məhkəmədə ifadə verməkdən imtina etdiyi üçün barəsində həbs qərarı seçilib. ABŞ qanunvericiliyə əsasən, Menninqin məhkəmədə ifadə verməkdən imtinası onun yenidən həbsxanaya göndərilməsinə zəmin yaradır.

Keçmiş xəfiyyə isə “Wikileaks işi” üzrə məhkəmə prosesinin açıq keçirilməsini tələb edərək, nəticədən asılı olmayaraq, ifadə verməyəcəyini bildirib.

www.yenicag.az

4763