“Wildberries” anbarında KÜTLƏVİ DAVA – VİDEO

“Wildberries” anbarında səhv yapışdırılmış barkod səbəbindən qarşıdurma olub.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, Moskva vilayətinin Elektrostal şəhərindəki “Wildberries” anbarında yanlış yapışdırılmış barkod səbəbindən kütləvi dava baş verib.

Məlumata görə, hər şey fəhlə ilə usta arasında münaqişə ilə başlayıb. Fəhlə ştrix-kodları əyri şəkildə qoyub. Buna görə də usta onu axmaq adlandırıb.

İşçi ustadan sözlərinə aydınlıq gətirməsini istəyib. Söz davası əlbəyaxa davaya çevrilib. Tezliklə 200-ə yaxın adamın qatıldığı dava başlayıb.

Media anbarın yeddinci blokunun əməkdaşlarının mühafizəçilərə hücum edərək müştərilərə göndərilməsi nəzərdə tutulan malları zədələdiyini yazıb.

Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi bildirib ki, davaya səbəb “malların yığılması qaydalarının pozulması” ilə bağlı münaqişə olub.

Artıq 30-dan çox adam saxlanılıb. Bütün anbar işçilərinin sənədləri davadan sonra yoxlanılır. Onların arasında kütləvi dava iştirakçıları, qeyri-qanuni miqrantlar və hərbi xidmətdən yayınanlar var.

Hazırda anbarda iki blokun mühasirəyə alındığı da məlumdur.

Xuraman Etibarlı

COP29