Microsoft hər nə qədər stabil əməliyyat sistemi yaratmağa çalışsa da, hər yenilənmə paketi ilə bu stabillik pozulur.
Yenicag.az xəbər verir ki, 0x800f0922 və 0x80070003 xətalarına səbəb olan KB4535996 koduna malik yenilənmə “Windows 10″a quraşdırıla bilmir.
İstifadəçilərin dediklərinə görə yenilənmənin yüklənilməsi və quraşdırılmasından sonra “Windows”un yenilikləri tətbiq etməsi üçün sistemin yenidən başladılması zamanı tamamlanma ekranı 100%-ə çatmır. 100%-ə çatmadan sistem təkrar yenidən başlayır və istifadəçilərə yenilənmə paketinin yüklənilmədiyini bildirir.
Qeyd edək ki, keçən həftələrdə yayımlanan yenilənmə paketi istifadəçilərin fayllarını ekrandan silməsi ilə gündəmə gəlmişdi.