5 il öncə “Microsoft” tərəfindən istifadəyə verilən “Windows 10” bu gün yenə problemlərlə gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, problem “Windows 10″un Fayl Bələdçisi (File Explorer) ilə əlaqəlidir.
“Windows 10″da fayl bələdçisini problemini həll etmək üçün buraxılan KB4532695 yenilənməsi bir çox problemə səbəb olub.
Bunlar əsasən sistemin gec açılması, drayver problemləri, oyunlarda komputerin çökməsi, mavi ekran xətaları və sairdir.
İşin qəribə tərəfi isə odur ki, “Microsoft” rəsmiləri bu problemləri qəbul etmir.
Digər tərəfdən bu yenilənmə paketi istəyə görə yükləniləbilən yenilənmələrə daxildir. Yəni siz istəmədiyiniz müddətcə sistemə yüklənməyəcək.
Qeyd edilib ki, əgər fayl bələdçisində (File Explorer) problem yaşamırsınızsa sistemi yeniləməyin.