“Windows 7” “öldü” – “Microsoft” dəstəyini tamamilə dayandırdı

10 ildən çox idi ki, Microsoft şirkəti “Windows 7” əməliyyat sistemi üçün yeniliklər və təhlükəsizlik patchları təqdim edirdi. Lakin bugün şirkət 2009-cu ildə təqdim edilmiş əməliyyat sisteminin dəstəyini dayandırır.

Yenicag.az “Technote”yə istinadən xəbər verirki, şirkət istifadəçilərə tamamilə yeni Windows versiyasına keçid etmələrini məsləhət görür. Sözügedən əməliyyat sisteminin dəstəyinin dayandırılmasına baxmayaraq “Windows 7” vasitəsilə çalışan kompüter və noutbuklar öz işlərini davam etdirə biləcəklər. Buna baxmayaraq Microsoft istifadəçilərə “Windows 10″a keçid etmələrini məsləhət görür. Maraqlısı ondadır ki, bununla yanaşı şirkət həmçinin istifadəçilərə öz kompüterlərini yeniləməyi də məsləhət görür.

“Siz, Windows 7-li kompüterdən istifadəni davam etdirə bilərsiniz. Lakin proqram təminatı və təhülkəsizlik sistemi yenilənmələri olmadan siz viruslar və zərərli proqram təminatları üçün qurbana çevrilə bilərsiniz. Nəticə etibarilə bu cür hallardan qorunmağın ən yaxşı yolu məhz “Windows 10″a keçməkdir. “Windows 10″nun bütün üstünlüklərini yeni cihazlarda sınayın. Baxmayaraq ki, siz, Windows 10-u öz köhnə cihazlarınıza quraşdıra bilərsiniz, biz bunu məsləhət görümürük” – deyə şirkətin mətbuat xidməti qeyd edib.

Qeyd etmək lazımdır ki, 29 iyul 2016-cı l tarixinə kimi leqal köhnə əməliyyat sistem (Windows 7.8 və 8.1) istifadəçiləri Windows 10-a pulsuz şəkildə keçid edə bilərdilər. Lakin indi Windows 10-a keçid etmək üçün əməliyyat sisteminin lisenziyasını almaq lazımdır. Statistikaya əsasən 2019-cu ilin sonunda Windows 7-nin əməliyyat sistemləri bazarındakı payı 26.64% təşkil edirdi.

COP29