Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Windows Mobile əməliyyat sisteminin nəyə görə uğursuz oldu? - Bill Qeyts açıqladı

Bir neçə il ərzində Microsoft şirkəti Windows Mobile əməliyyat sistemini inkişaf etdirərək mobil əməliyyat sistemləri bazarının bir hissəsini özünə götürmək istəyirdi.  Lakin nəticə etibarilə şirkət Windows Mobile əməliyyat sistemini ləğv etdi. Bu üsul ilə faktiki olaraq şirkət mobil əməliyyyat sistemləri bazarındakı uğursuzluğunu etiraf etdi.

Yenciag.az xəbər verir ki, Microsoft-un təsisçisi Bill Qeyts isə Windows Mobile əməliyyat sisteminin hansı səbəbə görə Android və iOS-ə rəqib ola bilmədiyini açıqlayıb.

O, bildirib ki, Windows Mobile Android-i geridə qoymaq üçün bütün şanslara sahib idi. Lakin ABŞ-ın ədliyyə nazirliyi tərəfindən aparılmış antimonopoliya istintaqı faktiki olaraq Windows Mobile əməliyyat sisteminin ölümünə səbəb oldu: “Heç şübhəiz antimonopoliya istintaqı Microsoft-a təsir etdi. Əgər bu olmasaydı biz Windows Mobile inkişafına daha çox zaman ayıra bilərdik. Nəticədə siz indi Android ilə deyil Windows Mobile ilə çalışacaqdınız. Lakin mən diqqətimi digər şeylərə ayırdım və vaxtı ikən çoxlu səhvlər etdim. Biz, Motorola-nın işıq üzü görməsinə kimi yalnız 3 ay gecikdik. Nəticədə isə biz uduzduq. İndi heç kim Windows Mobile barəsində xatırlamır. Neynəmək olar. Bir neçə yüz milyard dollar burda, bir neçə yüz milyard dollar isə orda”.

Qeyd edək ki, Bill Qeyts öz müsahibəsində 2009-cu ildə təqdim edilmiş Motorola Droid adlı smartfonu nəzərdə tutub. Əməliyyat sistemi qismində həmin smartfona Android 2.0 quraşdırılmışdı. Halbuki Microsoft şirkəti öz əməliyyat sistemini həmin smartfon ilə inkişaf etdirmək şansına sahib idi. Çünki Motorola Droid alıcılar arasında çox məşhur idi.

www.yenicag.az

3506
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM