“X” sosial media platformasındakı problem aradan qaldırılıb. Belə ki, artıq paylaşımlar görünür, həmçinin səhifə yenilənir.
Bu gün Bakı vaxtı ilə saat 9:10-da başlayan nasazlığın nədən qaynaqlandığı barədə hələlik məlumat yoxdur.
***
10:37
“X” sosial media platformasında (keçmiş “Twitter”) problem yaranıb. İstifadəçilər paylaşımları görə bilmədiklərini bildirirlər. Bundan başqa, yayımı təzələyə bilməmək kimi problemlər də var.
Bütün dünyada internetə çıxışı izləyən “Downdetector” saytından aydın olur ki, problem təkcə şəbəkənin Azərbaycan seqmentində yaşanmayıb.
Platformadan “X”in qlobal miqyasda eyni problemlə üzləşdiyi bildirilib.