“X” sosial şəbəkəsi Braziliyadakı ofisini bağlayıb

“X” sosial şəbəkəsi senzura məsələsi ilə bağlı hakimiyyətlə münaqişə fonunda Braziliyadakı ofisini bağlamaq qərarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, müvafiq yazı Qlobal Hökumət İşləri hesabında yer alıb.

Qeyd olunur ki, Braziliya Ali Federal Məhkəməsinin naziri Aleksandr de Moraes şirkət onun senzura ilə bağlı tələblərini yerinə yetirməkdən imtina edərsə, sosial şəbəkənin ölkədəki qanuni nümayəndələrini gizli şəkildə həbslə hədələyib. Öz növbəsində “X” cavab olaraq işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə ölkədə ofis fəaliyyətinin dayandırıldığını açıqlayıb.

COP29