!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaçmaz-Quba yolunda qəza: 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

!Reklam – Yazi

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Yenicag.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, “VAZ 2106” markalı avtomaşınla “KamAZ” markalı avtomaşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Deformasiyaya uğrayan maşından meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Məlumata görə, xəsarət alan şəxslər Qubanın Nügədi kənd sakinləri – 1973-cü il təvəllüdlü Elçin Əliyev, 1995-ci il təvəllüdlü Cavid Zülfüqarov və 1966-cı il təvəllüdlü Iftixar Hacıyevdir. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalar aparılır.

www.yenicag.az

1904
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv