Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarıldı

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov vəzifəsindən azad olunub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli bu barədə əmr imzalayıb.

Mədəniyyət nazirliyindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, V.Hüseynova şiddətli töhmət verilmişdi.